21 yaşa qədər futbolçulardan ibarət yığmamızın üzvü Ozan Can Kökcü “Sabah”dan ayrılıb.

Daha doğrusu, Niderlandın “Telstar” klubu gənc futbolçunun transfer hüququna sahib çıxıb. Kökcü ötən mövsüm bu komandada icarə əsasında çıxış edirdi. Qeyd edək ki, “Feyenoord”un yetirməsi Türkiyənin “Bursaspor” və “Girəsunspor” klublarında çıxış etdikdən sonra 2019-cu ildə “Sabah”a keçmişdi.